İtkin qız tapıldı Day.Az представляет новость на азербайджанском языке.

Yanvarın 12-də Bakıda itkin düşən qız tapılıb.

Milli.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, E.Əzizov küçəsində qeydiyyatda olmaqla yaşayan 1990-cı il təvəllüdlü Şirbalayeva Zərif Rizvan qızının (ad və soyad şərtidir) Zərdab rayonunda olması müəyyən edilib.

O, Zərdab şəhəri Heydər Əliyev prospekti 12 ünvanında - qohumunun evində tapılaraq ailəsinə təhvil verilib.

25 yaşlı qızın hansı səbəbdən qohumunun evinə qaçması məlum deyil.

Araşdırmalar davam etdirilir.