Mingəçevirdə toyda dava düşüb: bəyin qohumu gəlinin atasını bıçaqlayıb

Day.Az представляет новость на азербайджанском языке.

Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.


APA-nın yerli bürosunun xəbərinə görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.