Bakıda kütləvi dava - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün keçirilən "Bakı" - "Qəbələ" matçından (0:2) sonra xoşagəlməz hadisə baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, qonaqların futbolçusu Cavid Hüseynovla "Bakı" azarkeşləri arasında mübahisə yaranıb.

Oyun zamanı "Bakı" azarkeşlərinin millimizin üzvünü təhqir etməsi qalmaqala səbəb olub. Polisin müdaxiləsindən sonra ara sakitləşib.
 

Qeyd edək ki, Cavid Hüseynov "Qəbələ"yə "Bakı"dan transfer olub.

Böyütmək üçün şəkillərə klikləyin: