Dönərlə bağlı yeni qaydalar hazırlanır - VIDEO Day.Az представляет новость на азербайджанском языке

Dönərlə bağlı yeni sanitariya qaydaları hazırlanır. ANS TV-nin məlumatına görə, hazır çiy dönər əti paylayana da, müəssisələrə də, dönər satan restoranlara da icrası məcburi tələblər qoyulacaq. Tələblərə cavab verməyən müəssisələrin fəaliyyəti dayandırılacaq.

Yeni nomativlərə əsasən restoranlara hazır dönər satan müəssisələr texniki və gigiyenik şərtlərə əməl etməlidir. Dönər satışı ilə məşğul olan yerlər ildə 2 dəfədən az olmayaraq yoxlanılacaq. Satıcılar tibbi sağlamlıq arayışı ilə yanaşı, satışda olan ətlə bağlı da sənəd təqdim etməlidir. Həmçinin sanitariya qovşağının, suyun olub-olmaması qaydaları da müəyyənləşəcək.

Respublika gigiyena və epidimiologiya mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev həmin müəsssisələrin daima yoxlanılacağını deyir. O dondurulmuş ətdən hazırlanan dönərlərin ətlərinə xüsusi diqqət yetiriləcəyini də vurğulayıb. Şöbə müdiri onu da bildirib ki, sahibkar çiy dönəri özü hazırlamaq istəyirsə bu zaman onun obyektində ət emalı sahəsi ilə bərabər xüsusi vintilyasiya sistemi də olmalıdır.

Нажмите на видео для просмотра:

фото