Erməni hərbçinin dəhşətli etirafı Day.Az представляет новость на азербайджанском языке

"Qaflan adlı və ölülərin yandırılması ilə məşğul olan bir erməni qrupu var idi. Bu qrup Xocalıda azərbaycanlıları yandırmaqla məşğul idi".

Milli.Az anpsress-ə istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının canlı şahidi erməni jurnalist Daud Xheriyan o günləri xatırlayarkən deyir.

O bildirib ki, martın 2-də Xocalıdan 1 kilometr məsadəfə yerləşən əraziyə 100 azərbaycanlının meyiti gətirildi: "Sonuncu yük maşınında 10 yaşında olan qız usağı gördüm. Başından və əlindən yaralı idi. Havanın soyuq və özünün ac olmasına baxmayaraq hələ də yaşayırdı. Güclə nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu vəhşicəsinə götürərək digər cəsədlərin üstünə atdı. Sonra isə bütün cəsədləi yandırdılar. Yanan cəsədlərin arasında bir nəfər qışqırırdı. Heç bir şey edə bilməzdim".

Xocalı soyqırımı törədilərkən erməni əsgərlərinə komandirlik etmiş Monte Molkanyan isə gündəliyində bunları yazıb: "Gecə saat 11 radələrində 2000 erməni əsgəri Xocalıya 3 tərəfdən hücuma keçdi. Şəhər sakinləri şərq hissəyə sıxışdırılmışdı. Onları öldürməyə başladıq. Gülləsi qurtaran erməni əsgərləri isə biçaqlarla azərbaycanlıları öldürüdülər".