Yasamalda qadınlar arasında dava

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda küçədə qadınlara arasında dava olub.

Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü Həmidova Sürayyə Ağamusa qızı müraciət edərək bildirib ki, küçədə tanımadığı iki qadının hücumuna məruz qalıb. Şikayətçi həmin şəxslərlə arasında hansı səbəbdən münaqişənin yaranmasını bildirməyib. S.Həmidova xəsarət aldığını qeyd edib və hər iki qadının cəzalandırılmasını xahiş edib.

Müraciət əsasında araşdırma aparılır.