"Mercedes" dərəyə aşdı Day.Az представляет новость на азербайджанском языке:

Suraxanı rayonunda maşın dərəyə yuvarlanıb.

Hadisə yerində olan Zeynalov Rüfətin anspress-ə verdiyi məlumata görə, bu gün saat 14:00-14:20 radələrində "Mercedes" markalı, 90EZ144 dövlət nömrə nişanlı avtomobil Günəşli-Qaraçuxur yolu ilə hərəkət edərkən dərəyə aşıb.

Hadisə nəticəsində ölən olmayıb. Xəsarət alanlar haqqında isə hələlik dəqiq məlumat yoxdur.

"Hal-hazırda hadisə yerinə kran gətirilib. Maşın qaldırılır. Avtomobil həmin yerdə bəzi evlərə ziyan vurub. Belə ki, avtomobilin aşdığı yerdə evlər var. Maşın evlərin hasarına çırpılıb. Həmin yolda indi də tıxac var", - deyə Zeynalov Rüfət bildirib.