Bakıda poliklinikanı su basdı - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Yol bağlı olduğundan həkimlər evə getməyə məcbur olublar Bakıda paliklikanın həyətini su basıb.

ANS TV-nin məlumatına görə, Balaxanı qəsəbəsində yerləşən 22 saylı poliklinikanın ərazisnin mütəmadi olaraq suya qərq olduğunu bildirdilər. Sadəcə bu dəfə vəziyyət bir qədər qəliz olub. Su çox olduğundan binaya giriş-çixiş bağlanıb. Yol bağlı olduğundan həkimlər evə getməyə məcbur olublar. Gələn xəstələr də həmçinin. Amma suyun çəkilməsini gözləyənlər də var idi.

Xəstə Vüqar Eyyubov analiz vermək üçün poliklinikaya gəldiyini amma içəri daxil ola bilmədiyini deyir. İşçiləri narahat edən başqa bir məqam isə suyun çox olmasi səbəbindən suyun içəriyə doğru irəliləməsidirki. Əgər bu hal baş verərəsə o zaman bu bütün tibbi avadanlıqların sıradan çıxması ilə nəticələnə bilər.

Baş həkim Badam Mirzəyeva burada dispanserizasiya keçirildiyini və gələn təcili xəstələri qəbul edə bilmədiklərini dedi.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, artıq idarənin əməkdaşları hadisə yerindədir. Suyun çəkilməsi və problemin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görüblər.

Videonu izləmək üçün şəklə klikləyin:

фото