Qızılın qiymətində artım var, alıcı isə yoxdur Day.Az представляет новость на азербайджанском языке.

Dolların manata nisbətən artımı qızıl məmulatlarının satışına da öz təsirini göstərməkdədir. Ümumiyyətlə, son iki ayda qızılın qiymətində 11 % artım müşahidə edilməkdədir.

Qızılın bazarda dəyərə minməsinin səbəbləri çoxdur və bu ayrı-ayrı ölkələr üçün də dəyişir. Əsas səbəb isə valyuta bazarında qeyri-sabitlik, xüsusən də son günlər dolların məzənnəsinin nisbətən artması ilə bağlıdır.

TTV (Region TV) xəbər verir ki, qızılın qiyməti dünya birjasına nisbətən yerli bazarda daha sürətlə yüksəlib. Belə ki, əgər son ayda xarici bazarda həmin qiymətli metal 4 dollar bahalaşıbsa, daxili bazarda bu rəqəm 5, hətta 10 manata bərabərdir. Qızılın əyarına görə qiymət fərqi isə alıcılar arasında narazılığa səbəb olur.

Müştərilər 750 əyarlıq qızılın qiyməti ilə 583 və ya 585 əyarlıq qızıl məmulatlarının qiymətləri arasında fərqin böyük olduğunu deyirlər. Son 2 ayda qızılın qiymətində 11% artım müşahidə edilib. Hazırda qızılın bir unsiyası 2,60 dollar artaraq 1 207 dollara çatıb.