https://news.day.az/society/561026.html
Peşə liseyində təhsil alan şagirdlərin sayı niyə azalır? - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Tovuzdakı peşə liseyi 28 ildir fəaliyyət göstərir. Son illər tədris müəssisəsinin maddi-texniki bazası gücləndirilsə də, emalatxana köhnə olduğundan şagirdlər texnikalardan istifadə edə bilmir. Buna baxmayaraq burada ixtisasa yiyələnmək üçün müraciət edənlər çoxdur.
TTV (Region TV) xəbər verir ki, məktəbin direktoru deyir ki, bu il yer olmadığından cəmi 60 qəbul olub. Hazırda liseydə 6 fakültə - dərzi, əməliyyatçı mühasib, elektrik, traktorçu-maşınçı, avtomobil çilingəri, dülgər-xarrat parket ustası ixtisasları öyrədilir. İstehsalat və xidmət sahəsində daha çox tələb olunan ixtisaslar üzrə qrupların açılması üçünsə imkan yoxdur. İxtisaslar arasında məhdudiyyətlər olduğundan şagirdlər istəmədiyi peşələri seçməyə məcbur olurlar.
Liseyə 9-cu sinifdən gələnlər ixtisasla bərabər həm də ümumtəhsil fənlərindən də təhsil alırlar. Liseyi bitirəndən sonra onlara diplom və atestat verilir.

Milli.Az
Videonuz izləmək üçün şəkilə klikləyin.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре