Ermənilər bizi belə zəhərləyirlər? - FOTO Day.Az представляет новость на азербайджанском языке

Ermənistan tərəfi yaşayış məntəqlərimizi atəşə tutmaqla yanaşı öz mənbəyini düşmən ölkədən götürən çayları da zəhərləməkdə davam edir. Qəsdən çirkləndirilən Ağstafaçay su anbarının ətrafına yayılan zəhərli maddələr, kimyəvi məhsullar sakinlər üçün təhlükə mənbəyinə çevrilib.

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Qazaxın Xanlıqlar və Cəfərli kəndlərinin sakinləri Ağstafaçay su anbarının ətrafında düşmən ölkəyə məxsus xeyli miqdarda üzərində yazılar olan vaxtı ötmüş məhsullar, kimyəvi maddələr aşkar ediblər. Ermənistandan başlayan çaylar 104 km məsafədən 4 qol vasitəsi ilə Ağstafaçay su anbarını qidalandırır ki, bura da ermənilər qəsdən müxtəlif ziyanverici məhsullar axıdırlar. Bu isə kənd sakinləri üçün təhlükə mənbəyinə çevrilib.

Su anbarına toplanan sudan Qazax, Ağstafa, Tovuz sakinləri də istifadə edirlər. Ağstafaçaya axıdılan, üzərində erməni dilində yazılar olan müxtəlif formalı qutuların daxilində olan zərərli maddələrin törədə biləcəyi təhlükəni nəzərə alan sakinlər ərazinin təmizlənməsini vacib sayırlar.

Ağstafaçay Hidroqovşağı İstismar İdarəsindən isə bildirilir ki, su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artıqca bu maddələr yenidən ərazimizə daxil olur. Hətta ötən il düşmən tərəfi 3 partlayıcı qurğunu da Azərbaycan tərəfə ötürə bilib ki, onu da vaxtında zərərsizləşdirmək mümkün olub.

Qeyd edək ki, ermənilərin ekoloji terrora məruz qoyduğu çaylarda aparılan monitorinqlər nəticəsində suyun tərkibindəki spesifik çirkləndiricilərin yol verilən qatılıq həddini 4 dəfə keçdiyi açıqlanıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.