Gəncədə 45 yaşlı kişinin meyiti evində tapılıb Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseyinbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 20:35-də başa çatıb.