Sürücülük vəsiqəsi olmayanlara vacib xəbər – VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Avtosfer.az xəbər verir ki, sürücülük vəsiqəsinin TQDK və "ASAN xidmət"ə verilməsi təklif edilir.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülük təlimləri və nəzəriyyəsi müasirləşməlidir. Ekspertlər belə bir təkliflə çıxış edib. Peşəkarlığın artırılması və biliklərinin müasirləşdirməsi üçün sürücülük vəsiqəsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "ASAN xidmət"ə verilməsi təklif edilir. Ekspertlərin fikrincə, prosesdə nə qədər çox qurum iştirak edərsə, həm yeniliklər, həm də şəffaflıq daha yüksək səviyyədə təmin edilə bilər.

Baş Dövlət Yol Polisi idarəsinin şöbə müdiri Kamran Əliyev isə "Xəzər-xəbər"ə deyib ki, sürücülük vəsiqəsinin verilməsi qaydalarının və bunun üçün təşkil olunan imtahanın aparılması mexanizmi Nazirlər Kabinetinin səlahiyyətindədir. BDYPİ rəsmisi bildirib ki, yol polisi yalnız müəyyən edilmiş qaydaların tətbiqini həyata keçirir.

Videonu izləmək üçüm şəkilə klikləyin:

фото