78 yaşlı azərbaycanlı nənədən avtoşou - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

"Bu maşın mənim dostumdu".

78 yaşlı sürücü Gülzadə Osmanova düz 21 ildir ki, bu sevimli avtomobilini hər səhər işə salır, 5 dəqiqə də olsa kəndin içərisində dövrə vurub geri qayıdır.

Atv.az xəbər verir ki, uşaqlıqdan maşına həvəsi olan Qusar sakini Gülzadə nənənin avtomobilini alma tarixçəsi də maraqlıdır. Beləcə avtomobili alan 78 yaşlı qəhrəmanımız yalnız 3 gün Hövsanda dəniz sahilində qohumlarının köməkliyi ilə vura-vura da olsa sürməyi öyrənir. 58 yaşından meylini bu avtomobilə salan Gülzadə nənə avtomobilin içərisini də özünəməxsus zövqlə bəzəyib.

Tez-tez getdiyi uzaq məsafəli yol isə Sumqayıtadı. Deyir səhər tezdən yol boş olanda çıxıram evdən. Yol polisləri də onu tanıyır. 5 övladı, nəvə nəticəsi olan Gülzadə nənə ki, deyir heç kəs inciməsin bu maşın mənim dostumdu. Onu heç ən son model avtomobilə belə dəyişmərəm.

Videonu izləmək üçüm şəkilə klikləyin:

фото