Milli qəhrəmanın xatirəsi anılıb Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanın milli qəhrəmanı Tabil Həsənovun ölümündən 23 il keçir.

El TV (Region TV) xəbər verir ki, o, 1992-ci il martın 29-da Xocalı və Xankəndi rayonları arasındakı Ağdaş yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən əvvəl dörd erməni postunu nəzarətə götürərək, onlarla ermənini məhv edən 32 yaşlı qəhrəman elə doğulduğu Xocalının Kosalar kəndində də dəfn edilib.

Hazırda onun ailəsi Bərdənin Şirvanlı kəndində yaşayır. Oğlu Nəsir Həsənov atasının yarımçıq qalan missiyasını reallaşdırmağa çalışır. O, atasını az xatırlasa da, onun qəhrəmanlıqları haqqında çox eşidib. Dağlıq Qarabağda göstərdiyi şücaətə görə, "Qırxqız qartalı" adı ilə çağırılan Tabil Həsənovun döyüş yoldaşları da onun qəhrəmanlığını hər zaman xatırlayırlar.