Göynüyün göynəyən dərdi - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

"Kanal S" (Region TV) xəbər verir ki, Baş Göynük kəndində əvvəllər sakinlər kənddən şəhərə getmək üçün çaydan keçməyə məcbur olurdular. 2005-ci ildə kənddə Şin çayı üzərində yeni körpü salındı. Bu da kəndlilərin şəhərə və digər kəndlərə rahat gedib-gəlməsinə şərait yaradırdı. Ancaq həmin körpü istifadəyə verilməsindən 10 il keçməsinə baxmayaraq qəzalı vəziyyətə düşüb. Baş Göynük kəndi Şəkinin ən böyük kəndidir. Kəndin 10 minə yaxın əhalisi, demək olar ki, hər gün bu körpüdən keçmək məcburiyyətində qalır.

2005-ci ildə inşa olunan körpü həm sel sularının təsirindən, həm də baxımsızlıqdan qəzalı vəziyyətə düşüb. Körpünün qəzalı vəziyyətə düşməsinin bir səbəbi də ağır tonnajlı yük avtomobillərinin də bu körpüdən istifadə etməsidir. Yük avtomobillərinin körpüdən istifadəsinə ərazidə qadağa nişanı qoyulsa da, buna əhəmiyyət verən sürücülərin sayı azdır. Uzunluğu 169 metr, qabariti 4.5 metr olan körpüdən həm də piyadalar istifadə edirlər. Sakinlərin sözlərinə görə, hər dəfə bu körpüdən keçib sağ-salamat evə qayıdandan sonra nəzir-niyaz paylayırlar.

Kənd bələdiyyəsinin sədri Vüqar Məmmədovun sözlərinə görə, sözügedən körpüdə müntəzəm olaraq təmir işləri gedir. Ancaq buna buxmayaraq, hər bir körpünün özünəməxsus yükgötürmə qabiliyyəti var.

Təəssüf ki, 40-50 ton yükə hesablanan körpü üzərindən hazırda ümumi çəkisi 70-80 tona yaxın iri tonnajlı maşınlar şütüyür. Bu da körpünün tez sıradan çıxması ilə nəticələnir. Sakinlərə isə qalır bir az da səbr edib gözləmək və ehtiyatı əldən verməmək.

Videonu izləmək üçün şəklə klikləyin:

фото