Bakıda "ZAZ", Şəkidə "VAZ" yandı Day.Az представляет новость на азербайджанском языке:

Geridə qoyduğumuz gecə və bu gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Anspress-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus "ZАZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın Şəki şəhərində qeydə alınıb. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikdə elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın isə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "FİAT" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.