Bəhram Bağırzadə: "Vacib deyil ki, qızım anası kimi həkim olsun" Day.Az представляет новость на азербайджанском языке:

Tanınmış aktyor Bəhram Bağırzadə gələcəkdə uşaqlarının peşə seçiminə qarışmayacağını deyib.

Publika.az-ın məlumatına görə, aktyor özü sevdiyi sənətin ardınca getdiyini və buna görə peşman olmadığını bildirib:

"Orta məktəbdə oxuyanda atam mənə dedi ki, rejissor olmaq istəyirsənsə, arzularının ardınca get. Mən də bu peşəni seçdim. Uşaqlarıma da sərbəstlik verəcəyəm. Vacib deyil ki, qızım anası kimi Tibb Universitetini bitirsin və həkim olsun. Yaxud da oğlum. Bu gün o qədər modern peşələr var ki, qoy, həmin peşələri seçsinlər. Əsas odur ki, seçdikləri peşə ürəklərinə yatsın və öz peşələrinin ustası olsunlar".