Gəncədə yanğın baş verib Day.Az представляет новость на азербайджанском языке:

Gəncədə yanğın qeydə alınıb.

Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətayi prospektinin kəsişməsində, 3 saylı Peşə Liseyinin istifadəsiz yataqxanasının dördüncü mərtəbəsində baş verib.

Naməlum səbəbdən baş verən yanğın zamanı yataqxananın dəhlizinin döşəməsi 6 kv m sahədə yanıb. Hadisə yerinə dərhal FHN-nin Gəncə Şəhər Yanğından Mühafizə Briqadasının texnika və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az