Azərbaycanın ən məşhur bəyi bu evdən oğurlanıb - FOTO

Day.Az представляет новость на азербайджанском языке: 

"Bəyin oğurlanması" filminin çəkildiyi Məlhəm kəndindəki evin indiki görünüşü

Milli.Az xəbər verir ki, artıq 30 il keçməsinə baxmayaraq həyət və ev çox az dəyişilib. Dəyişən təkcə evin sahibidir. Əvvəlki sahib dünyasını dəyişib.

Bəyin oğurlanması filmi 1985-ci ildə çəkilib. Filimin rejissoru Ceyhun Mirzəyev, Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlıdır. Rollarda isə Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova və sair tanınmış aktyorlar yer alıblar. Şəkildəki ev isə Y.Nurinin oynadığı İsrafilindir.

Böyütmək üçün şəkillərə klikləyin: