Millət vəkili oğluna toy edib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Millət vəkili Fərəc Quliyev oğluna toy edib.

Milli.Az qaynar.info-ya istinadən xəbər verir ki, deputatın ortancıl oğlu Nikbin Quliyev aprelin 24-də ailə həyatı qurub.

Toyun aprelin 24-də qeyd edilməsi də, əvvəlcədən düşünülüb. Belə ki, Çanaqqala zəfərinin 100-cü ildönümü günüylə eyni günə düşür. Toyda daha bir maraqlı hadisə isə bəylə-gəlin restorana daxil olarkən yaşanıb. Adətən ənənəvi hal almış "Vağzalı" musiqisi deyil, Azərbaycan himni səsləndirilib.

Bəylə gəlinin fotosunu təqdim edirik.

Böyütmək üçün şəkilə klikləyin.