Binəqədidə ev yandı

Day.Az представляет новость на азербайджанском языке.


Binəqədi rayonunda vətəndaşa məxsus ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.