"Azdrama"da tamaşa vaxtı dava düşdü

Day.Az представляет новость на азербайджанском языке:

Dünən Akademik Milli Dram Teatrında tamaşa zamanı dava düşüb. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, tanınmış aktyor Yadigar Muradovla ölkə.az-ın əməkdaşı İntiqam Valehoğlu arasında mübahisə yaşanıb. Əməkdaşımızın dediyinə görə, aktyor tamaşaya gülən xanım jurnalisti təhqir edib:

"Mingəçevir Dövlət Dram Teatrının "Azdrama"da nümayiş etdirdiyi "Eşq və intiqam" tamaşasına baxırdıq. Tamaşanın bəzi yerlərində güldük. Yadigar Muradov yanımdakı xanım jurnalisti təhqir etdi və mənə də iradını bildirdi.

Birinci dəfə heç nə demədik. Ən azından, yaşına hörmət etdik. Amma bir qədər sonra Yadigar Muradov daha kobud tərzdə irad bildirdi və xanım jurnalisti ikinci dəfə təhqir etdi. Bundan sonra həmkarım yerini dəyişdi və mən aktyora sərt şəkildə etirazımı bildirdim. O da sağ olsun, məni "razborka"ya çağırdı. Hələlik aktyorun təklifini dəyərləndirməklə məşğulam".