Bakıdakı bahalı avtomobil cərimə meydançasında – FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Ödənilməyən radar cərimələri ilə bağlı məlum göstərişindən sonra cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb.

Aznews.az-ın əməkdaşı bu günlərdə cərimə meydançasında Bakıda cəmi bir ədəd olan bahalı avtomobilin fotosunu çəkib.

10 TO 003 nömrə nişanlı "Aston Martin Rapide" markalı avtomobil xeyli radara və ödənilməyən borclara görə sürücünün əlindən alınıb. Fotosunu təqdim etdiyimiz bu avtomobilin yenisinin qiyməti yarım milyon civarındadır.

Araşdırma nəticəsində bəlli olub ki, fotodakı avtomobil saytların birində satışa qoyulub. Qiyməti heç də ucuz deyil - 180 min dollar. Həmin maşın 2011-ci il buraxılışlıdır. Mühərrikinin həcmi 6000 sm3, gücü isə 447 at gücündədir.

Cəmiyyətdə belə avtomobillərin oliqarx övladlarına məxsus olması fikri hakimdir. Bu avtomobilin sahibi Teymur Ocaqverdiyev isə sadəcə "Alverçi İslam" kimi tanınan İslam Ocaqverdiyev adlı şəxsin oğludur. Onun uzun illərdir avtomobil satışı ilə məşğul olduğu deyilir.

Böyütmək üçün şəkillərə klikləyin: