Məhkəmə "Azİmport"u 481 min manat ödəməyə məcbur etdi Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az xəbər verir ki, virtualaz.org saytı bir neçə həftə öncə Bakı sakinlərinin əmlakını faktiki olaraq ələ keçirməklə məşğul olan qalmaqallı "Azİmport" şirkətinə dair araşdırma yazısı dərc etmişdi.

Həmin məqalədə adıçəkilən şirkətin tanınmış vəkil Ramiz Zeynalovun şəxsi əmlakını (kafe və torpaq sahəsi) zəbt edərək mənimsəməsindən söhbət gedirdi. Bildirilirdi ki, vəkil buna görə şirkətdən ona ədalətli kompensasiya ödənilməsini tələb edir.

Apelyasiya Məhkəməsi R.Zeynalovun bu məsələ bağlı iddia ərizəsinə baxaraq qərar qəbul edib. Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə "Azİmport" şirkətinin əməllərini qanunsuz sayıb və şirkətin vəkilə 481 min manat kompensasiya ödəməsinə dair qətnamə çıxarıb.

Yada salaq ki, "Azİmport" şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov bu gün prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.