Yeni qəbristanlıq qadağası

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycandakı qəbristanlıqlarda meyvə ağacları əkmək və su quyularının qazılması qadağan edilib.

Anspress-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran bildirib. Onun sözlərinə görə, qəbristanlıqda ölülərin çürüntüsü su hövzələrinə qarışa bilər. Bu isə içməli su və meyvələrdən istifadə edən sakinlər üçün problem yarada bilər.

"Qəbristanlıqlarda yalnız dekorativ, yaşıllıq yaratmaq üçün ağaclar əkilə bilər. Bundan başqa, yaxşı olardı ki, qəbristanlıqlar yaşayış məntəqələrindən kənarda olsun. Bu cür yerlər konkret olaraq müəyyənləşdiriləcək", - deyə Səyyad Aran bildirib.