Torpaq sürüşdü, iki ev dağıldı

Day.Az представляет новость на азербайджанском языке:

İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində iki ev tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. Sürüşmə nəticəsində digər 14 evə ciddi ziyan dəyib. Bu evlər yaşayış üçün təhlükəli hesab edilir. Kanal S xəbər verir ki, mənzillərin sakinləri hələlik yaxınlarının evində məskunlaşdırılıblar.

11 min 81 nəfər əhalisi olan kənddə sürüşmə mayın 19-u gecə saatlarından başlayıb. 22 mayda sürüşmə xeyli aktivləşib. Rayon rəhbərliyi, eləcə də Qızılaypara Cəmiyyətinin əməkdaşları hadisə yerində olublar. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinin müvəqqəti olaraq çadırlarda məskunlaşdırılması nəzərdə tutulub. 84 yaşayış evinin olduğu kənddə indiki saatlarda da sürüşmə aktivliyini saxlayır.