Bu il 718 şagird buraxılış imtahanlarına buraxılmayacaq

Day.Az представляет новость на азербайджанском языке:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şagirdlər haqqında məlumat açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilən 94 nəfər IX, 624 nəfər isə XI sinif şagirdi buraxılış imtahanlarına buraxılmır. 2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı 1258 nəfərdir.