“Prostat xərçəngi sümüklərə metastaz verir” — VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Kişilərin "ikinci ürəyi" sayılan prostat xərçəngi dəri xərçəngindən sonra ən sıx görülən xərçəngdir.
 

Təsadüfi deyil ki, prostat xərçəngi rast gəlinmə tezliyinə görə, kişilərdə xərçəng xəstəlikləri arasında ikinci yerdə, ölümə səbəb olan xərçəng xəstəlikləri sırasında isə dördüncü yerdə gəlir.
 

Çanaq nayihəsində ağrılar hiss edirsinizsə, sidiyə getməkdə çətinliklər varsa və sidikdə qan gördünüzsə, bəlkələrə güvənmək lazım deyil.
 

Bu əlamətlər digər xəstəliklər üçün də xarakterik ola bilər. Amma qeyd olunan əlamətlər varsa, mütləq həkimə müraciət edilməlidir.
 

Bəs görəsən prostat xərçəngi necə aşkarlanır və qarşısı hansı yollarla alınır?
 

Aktual.az məsələyə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq Araz Bayramovun münasibətini öyrənib.
 

Portalımıza açıqlamasında uzman-uroloq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstələrinin sayı durmadan artır:
 

"İlk öncə deyim ki, istənilən xərçəng növü vaxtında aşkarlanarsa, onu müalicə etmək, tam aradan qaldırmaq mümkündür. Çox təəssüf ki, istər prostat, istərsə də digər xərçəng xəstəliklərindən əziyyət çəkən xəstələr III və ya IV mərhələdə həkimə müraciət edirlər. Bu səbəbdən prostat xərçənginin erkən aşkar olunması üçün bir neçə skrining növləri tətbiq edilməlidir. Dünya Səhiyyə Təşkilatı, o cümlədən üzvü olduğum Avropa Uroloqlar Cəmiyyəti prostat xərçənginin erkən aşkar edilməsi üçün 45 yaşdan yuxarı kişilərdə qanda PSA analizi və prostat vəzinin düz bağırsaqdan ultrasəs (USM) və barmaqla müayinəsini zəruri sayır".
 

Prostat xərçəngindən qorunmağın yollarından danışan Dr. Araz Bayramov söyləyib ki, tərkibində sink, selen və antioksidantlar zəngin olan qidalardan müntəzəm istifadə olunmalıdır:
 

"Azərbaycanda bu xəstəliyə tutulan kişilərin təxminən 60 faizi xəstə olduqlarından xəbərsizdir. Əhəmiyyət verilmədiyi halda bu xəstəlik sümüklərə təsir göstərməyə başlayır, onları dağdır - həkimlərin təbirincə desək, metastaz verməyə başlayır. Statistikaya görə, erkən aşkarlanan prostat xəstəliklərinin, o cümlədən bədxassəli şişlər 90 faiz hallarda müalicəyə tabe olur. Hazırda tətbiq etdiyimiz üsul laporoskopik radikal prostatektomiya əməliyyatıdır. Biz prostat xərçənginə zəmin rolunu oynayan prostat adenomasını isə Avropa protokollarına uyğun ən müasir üsulla, XXI əsrin qızıl standartı olan - Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Bu üsulla prostat adenoması və sidik kisəsi poliplərinin müalicəsi kəsiksiz, endoskopik üsulla həyata keçirilir. Bu üsul toxumalarla daha incə və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində xəstənin əməliyyatdan sonra ən qısa zamanda iş qabiliyyətinin bərpa olunmasına şərait yaradır. Digər üstünlük isə həmin üsulla prostat adenomasının kəsiksiz üsulla çıxarılması, cinsi fəaliyyətə zərər dəymədən həyata keçir".
 

Qeyd edək ki, Dr. Araz Bayramov Fransada təhsil alıb və altı il Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında işləyib.
 

Hazırda MTN-nin Hospitalında və "Baku Clinic"də çalışan uzman Dr. Araz Bayramov laporoskopik urologiya sahəsində bir çox yeniliklərə imza atıb. (Tel: 050-234-55-60)

 

Videonu izləmək üçün şəklə klikləyin:

фото