Penoplastın yerinə petapan vurulur - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün günorta saatlarında Bakıda binalardan sökülən üzlüklərin taxta lövhələrlə əvəzləndiyi haqda məlumat yayılıb. Bu iddia əhali arasında təkrar təşvişə səbəb olub.

"Qafqazinfo"nun əməkdaşı məlumatda qeyd olunan ünvana baş çəkib.

Heydər Əliyev prospekti ilə Əliyar Əlizadə küçəsinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasında həqiqətən də üzlənmə işləri aparılır. İş icraçısı bildirib ki, sakinlərin təşvişə düşməsinə istifadə olunan üzlüyün xarici görünüşü səbəb olub: "Doğrudur bu üzlüklər taxtaya oxşayır. Amma onlar petapandır. Petapan tərkibinə görə şiferə bənzəyir, qətiyyən yanmır. Üzlüklərin bərkidilməsində qaynaqdan istifadə olunur. Əgər üzlüklər yanan material olsaydı, elə bərkidilmə zamanı yanardı. Binaların bu materialla üzlənməsi haqda rəhbərlik qərar verib.

Binanın yan tərəflərinə petapan vurulmayacaq. Bu hissəyə "şkatur", üstündən də boya vurulur. Petapanın üstünə də "şkatur" və boya vurulacaq. Heç bir narahatlığa əsas yoxdur".

Qeyd edək ki, binanın üzlənməsi mayın 30-a kimi tamamlanacaq.

Böyütmək üçün şəkillərə klikləyin: