Sabirabadın kəndində təşviş: həyətə 9 yaralı gəldi

Day.Az представляет новость на азербайджанском языке:

Sabirabad rayonunun Əskərbəyli kənd sakini Soltan Soltanova məxsus qoyunlara canavar hücum edib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Canavarlar örüş sahəsinə ötürülən qoyunlardan 18-ni yaralayıb.
 

Onlardan 9 başı sahədə ölüb, 9-u yaralı halda həyətə qayıdıb. Baytar həkimləri heyvanlardan quduzluqla bağlı müayinə üçün qan və ət nümunələri götürüblər. Bildirildiyinə görə, bundan bir neçə gün əvvəl də həmin kəndin sakinlərinə məxsus 18 baş qoyunu canavarlar parçalayıb.