Həbsdən çıxan hacı İbrahim danışdı

Day.Az представляет новость на азербайджанском языке:

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Avesta" konserninin prezidenti, iş adamı hacı İbrahim İbrahimov (Nehrəmli) bu gün sərbəst buraxılıb.
 

Bu barədə iş adamı özü APA-ya bildirib.
 

"Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm", - deyə o qeyd edib.
 

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: "Hər şey normaldır, qaydasındadır".
 

O qeyd edib ki, "Avesta" konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.