Bakıda çörək gecə daşınacaq? -ВИДЕО

Day.Az представляет новость на азербайджанском языке.
 

"Bakı-2015" ilk Avropa Oyunlarına 16 gün qalıb. Oyunlar zamanı şəhərdə sıxlığı aradan qaldırmaq üçün ardıcıl tədbirlər həyata keçirilir. Məhdudiyyətlərdən biri də çörək daşınması ilə məşğul olan avtomobillərə şamil edilib. Belə ki, bu avtomobillər mağazalara çörəyi ancaq gecə saatlarında daşıya biləcəklər. Ancaq qadağanın istisnaları da var.
 

İlk Avropa Oyunları zamanı şəhərdə sıxlığı aradan qaldırmaq məqsədilə bir çox işlərin gecə saatlarında həyata keçirilməsi üçün xüsusi tədbirlər görülür.
 

Məhdudiyyətlərin qoyulduğu sahələrdən biri də çörəkdaşımadır...
 

Nəqliyyat Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, bu məhdudiyyətlə bağlı həm dükan sahiblərinə, həm də istehsalçılara lazımi tapşırıqlar verilib. Qoyulan məhdudiyyətlə əlaqədar artıq çörək zavodlarının iş qrafiklərində müəyyən dəyişikliklər edilib.
 

Nəqliyyat Nazirliyindən o da qeyd olunub ki, məhdudiyyət yalnız oyunların keçiriləcəyi ərazilərə aiddir.
 

Milli.Az


Нажмите на видео для просмотра:

фото