Bakıda 5 yaşlı qız yoxa çıxıb - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Bakıda 5 yaşlı uşaq yoxa çıxıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, 5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə bu gün günorta saat 3-4 radələrində baş verib.

5 yaşlı Qələndərova Aişə Füzuli qızının əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı polis şöbəsinə müraciət edilib.

Böyütmək üçün şəkillərə klikləyin: