Azərbaycanda 57 yaşlı qadını ilan vurdu Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Qaxda ilanvurma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1958-ci il təvəllüdlü Gülmira Qasım qızı Xinqalova axşam saat 18:00 radələrində rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə 57 yaşlı şəhər sakini ot sahəsində işləyərkən baş verib.

Hazırda zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.