Soyğunçuluq edən gəncə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və soyğunçuluqda təqsirləndirilən gəncə hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclasda Cinayət Məcəlləsinin 178.1 (Dələduzluq) və 180.2 (Soyğunçuluq) maddələri ilə təqsirləndirilən 1993-cü il təvəllüdlü Ədalət Yelmarzadə 4 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.