Nazir şagirdini xilas edərkən ölən müəllimin ailəsində -FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Sabirabaddakı "Son zəng"ə qatılan Mikayıl Cabbarov Əhliman Hüseynovun ailəsinə başsağlığı verib

Təhsil naziri Mikayıl Cabbarov Sabirabadda Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin "Son zəng" tədbirində iştirak edib.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər. Qonaqlar əvvəlcə məktəbin yaxınlığında, Sabirabad şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib.

Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib.

Çıxışının sonunda "Son zəng" münasibətilə məzunları təbrik edən nazir onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb.

Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümumilli lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərib.

Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub. Məktəbin iki məzunu Azərbaycan Respublukası Prezidentinin təqaüdinə layiq görülüb. 2015-ci ilin aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılıb və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdinə layiq görülüb.

Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb, onlara başsağlığı verib.

Böyütmək üçün şəkillərə klikləyin: