Şabranda polis maşını aşırdı və öldü

Day.Az представляет новость на азербайджанском языке:

Cinayət-axtarış şöbəsinin əməkdaşı yol qəzasına düşüb

Bu gün Şabran rayonunda polis əməkdaşı faciəvi şəkildə ölüb. Bu barədə Şabran rayon polis şöbəsinin Cinayət-axtarış şöbəsinin rəisi Rəşid Yunisov ANS PRESS-in bölgə müxbirinə məlumat verib.

Onun verdiyi məlumata görə, hadisə rayonun Taxtakörpü adlı ərazisində baş verib.

Körpünün üstündə hərəkətdə olarkən "Hyundai" markalı, 90 NG 558 dövlət nömrə nişanlı avtomobil aşıb. Maşının sürücüsü, Şabran rayon polis şöbəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşı, polis nəfəri Teymur Kərimov dünyasını dəyişib.

Faktl bağlı araşdırmalara başlanılıb.