Tək böyrəklə uşaq dünyaya gətirmək olarmı? - CAVAB

Day.Az представляет новость на азербайджанском языке:

Böyrəyimizin birini itirsək necə, yaşamaq mümkündürmü? Ana olmaq necə, mümkündür? Böyrəkdən əziyyət çəkən xanımlarımız da bu sualın cavabını tapsınlar. Gəlin araşdıraq!
 

Tək böyrəklə yaşamaq mümkündür. 1970-ci ildən bəri böyrək xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artmaqdadır. Türk Nefrologiya Dərnəyinin məlumatına əsasən ölkədə diyaliz və ya böyrək nəqli edilmiş təxminən 70 min xəstə var. Niyə böyrək çatışmamazlığından əziyyət çəkirik? Bəs bunun səbəbi nədir?

Birinci səbəb yüksək təzyiqdən irəli gəlir. Böyrək içində olan incə damarların struktur olaraq pozulmasına və bu damarlar tutulduqda yüksək təzyiqə səbəb ola bilir. Bu vəziyyət isə böyrək çatmazlığına səbəb olur.

Diabet də, eynilə yüksək təzyiqdə olduğu kimi böyrək içindəki incə damarların quruluşunun pozulmasına səbəb olaraq böyrək çatışmazlığına səbəb ola bilir.
 

Çox kilolu olmaq da böyrəklərə ziyandır. Çünki böyrəyin içində yer alan xırda damarlar təzyiqi artırır bu vəziyyət də sidikdən zülal keçməyinə səbəb olur. Sidikdə zülal keçməsi də böyrək çatışmamazlığına yaradan amillərdən biridir.

Siqaret çəkmək böyrəyin demək olar ki, düşmanıdır. Əgər böyrək çatışmamazlığından əziyyət çəkmək istəmirsinizsə siqaret qətiyyən çəkməyin.

Böyrək çatışmamazlığının nədən yarana biləcəyini öyrəndik. İndi isə tək böyrəklə necə, ana olmaq olarmı onu öyrənək. Atv.az saytına ginekoloq Sədi Allahverdiyev açıqlamasında bildirib ki, "Tək böyrək əgər öz funksiyasını tam olaraq yerinə yetirirsə, hamiləlik üçün heç bir əks göstəriş yoxdur. Əlbətdə ki, bu xanimlarda hamiləlik nefroloq konsultasiyası sonrası planlaşdırılmalıdır. Hətta xroniki dializdə olan və böyrək transplantasiyası keçirmiş xanımlar da uyğun şərtlərdə ciddi kontrol altında ana olma xoşbəxtliyinə nail ola bilərlər.
 

Hamiləlik zamanı hansısa bir problemin olub-olmamasını demək çətindir. Amma bu xəstələr həm nefroloq, həm də ginekoloq tərəfindən ciddi kontrolda olsalar, ola biləcək fəsadları minimuma endirmək mümkündür.
 

Əgər hamiləlik müddətində həm ana, həm də döl tərəfdən ciddi bir problem olmazsa, tək böyrəyin olması qeysəriyyə üçün göstəriş deyil, belə xanımlarda fizioloji doğum da ola bilər".