Zir-zibildən sənət əsəri düzəltdilər - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Elə insanlar var ki, onlar zibildən belə sənət əsəri düzəldərək, gözəllik və zövq axtarışına çıxırlar. Seneqalın paytaxtı Dakarda fəaliyyət göstərən bir qrup sənətkar məhz bu yolu seçib.
 

Donatien Bassene və onunla birlikdə fəaliyyət göstərən dostlarının bütün yaradıcılıqları məişət tullantılarının üzərində formalaşıb. Qarşılarına çıxan məişət tullantılarını toplayan sənətkarlar plastik qab, muncuq, parça, kağız kimi lazımsız əşyalardan bir-birindən maraqlı əl işləri ərsəyə gətirirlər. Onların fikrincə, çölə atdığımız hər bir əşyanı bir az zəhmət çəkməklə gözoxşayan fərqli bir əşyaya çevirmək mümkündür.
 

Zibildən hazırladıqları əl işlərinə yerli sakinlərlə yanaşı, turistlərin də böyük maraq göstərdiyini dilə gətirən seneqallı gənclər gündəlik xərclərini də elə bu işdən çıxarırlar. 

Videonu izləmək üçün klikləyin:

фото