Masallıda yanğın

Day.Az представляет новость на азербайджанском языке:

Masallı rayonunda 2 otaqlı ev yanıb.
 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 8 km aralıda yerləşən Qızılavar kəndində baş verib.
 

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.