AXCP Rəyasət Heyətinin üzvü keçmiş cəbhəçini döyüb

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri, partiyadan kənarlaşdırılan Ağaşirin Tanrıverdioğlu bu gün fiziki təzyiqə məruz qaldığını bildirib.
 

A. Tanrıverdioğlu APA-ya açıqlamasında bildirib ki, bu gün Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb: "Yanında tanımadığım bir nəfər də vardı. Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Hazırda üzümdə xəsarət izləri var".

A. Tanrıverdioğlu hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini deyib.

S. Kərimli faktı təsdiq edərək deyib ki, A.Tanrıverdioğlu onu sosial şəbəkədə təhqir etdiyi üçün ona bir sillə vurub.