İlanlar hücuma keçib Day.Az представляет новость на азербайджанском языке:

Beyləqan sakinini ilan sancıb.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, rayonun Eyvazlılar kəndinin sakini, 14 yaşlı Kərim İmanovu su ilanı sancıb.
 

Yeniyetmə kənd ərazisindən keçən su kanalında çimərkən ilanın onu sancdığı bildirilir.
 

Kənd sakinləri K.İmanovu dərhal xəstəxanaya çatdırıblar. Xəstəyə ilkin tibbi yardım göstərilib.
 

Hazırda yeniyetmənin vəziyyətinin normal olduğu bildirilir.