Müəmmalı hadisə: 3 maşın birdən yandı

Day.Az представляет новость на азербайджанском языке:

Ötən gecə Bakının Suraxanı rayonunda 3 avtomobil yanıb.

Avropa.info FHN-ə istinadən bildirir ki, öncə vətəndaşa məxsus, "Mercedes" markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:18-də söndürülüb. Bir neçə dəqiqə sonra digər vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilin mühərrik hissəsi yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:22-də söndürülüb.

Təxminən 20 dəqiqə sonra "Toyota Prado" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da söndürülüb.