Növbəti bulvar burada olacaq - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Gəncə çayının şəhərin daxilindən keçən 4400 metr sağ və sol hissəsi əsaslı şəkildə təmir olunaraq bulvar kompleksi yaradılacaq.

Hazırda bu istiqamətdə işlər Mirzə Abbas Abbaszadə küçəsi ilə Nizami prospekti arasında olan məsafədə aparılır. İlkin olaraq çayın 1.5 kilometr ərazisinin 800 metrində bənd atılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə,hazırda park-bulvar kompleksində bəndin bərkidilməsi, körpülərin yenidən qurulması prosesi aparılır. Çayın sahilinə düşən və şəhərin ümumi görünüşünə xələl gətirən evlərin də sökülməsinə başlanılıb.

İlkin olaraq ərazidən 40 evin köçürülərək söküntüsü aparılır. Həmçinin burada şəhər sakinlərinin istirahəti üçün müxtəlif iaşə obyektləri qurulur. Eyni zamanda müasir tipli kitabxana və mətbuat evi də tikilib.

Ötən il Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı təməli qoyulan müasir tipli Dram Teatırda da işlər davam etdirilir. 

Böyütmək üçün şəkillərə klikləyin.