Qarabağ əlillərini sevindirən xəbər - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Qarabağ əlillərinə yaxın vaxtlarda yeni avtomobillər veriləcək.

Bu barədə ANS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov açıqlama verib. O bildirib ki, avtomobillər Qarabağ əlillərinin qeydiyyatdan keçən növbəti hissəsinə veriləcək. Artıq bunula bağlı müqavilə də imzalanıb.

İlqar Rəhimov onu da qeyd edib ki, qanunvericiliyə uyğun olaraq onlar növbəyə götürülür. Bu maşınlar sifariş olunub və gətirilən kimi paylanacaq.

Qeyd edək ki,1 yanvar 2015-ci ilə qədər növbəyə duran əlillərə avtomobil verilməsi üçün 11 miliyon manat vəsait ayrılıb. 

Videonu izləmək üçün klikləyin:


фото