Gürcülərdən ermənisayağı ərazi iddiası - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Tiflisdə Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Dinamo" futbol komandaları arasındakı görüşdə azarkeşlər tərəfindən (bunların sadə azarkeş olduğu şübhəlidir - red.) tribunalardan ciddi siyası şuarlar əks olunmuş plakatlar asılıb. Plakatlarda "Biz xatırlayırıq Zaqatala və Qax. 1921" yazılıb.
 

Gürcüstanda olan əməkdaşımız Vüqar Vüqarlının bildirdiyinə görə, onun iradından sonra UEFA rəsmiləri məsələyə qarışıb və plakatlar yığışdırılıb.
 

Azərbaycanın Gürcüstandakı səfiri də məsələni dərhal araşdıracağını bildirib.
 

ATV.az həmin fotoları ekskluziv olaraq təqdim edir. 

Böyütmək üçün şəkillərə klikləyin.