Kirayə ev axtaranların NƏZƏRİNƏ! - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdaşlarımız kirayə mənzil bazarındakı vəziyyətlə maraqlanıblar. Məlum olub ki, kirayə mənzillərin qiyməti 20 faizədək enib. Hazırda qiymətlər necədir və qiymətlərdəki enmə nə ilə əlaqədardır? Süjetimizi izləyək.
 

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, paytaxtın kirayə bazarında mənzillərin qiyməti təxminən 20 faiz düşüb. Rieltorların sözlərinə görə, qiymətlərin düşməsinə səbəb kirayə evlərə olan təlabatın azalmasıdır.
 

Ümumilikdə isə paytaxtın mərkəzi rayonlarında - Səbail, Nəsimi, Nərimanov və Yasamalda kirayə mənzillərin qiymətləri 15-20 faiz aşağı düşüb. Nizami, Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı və Xəzər kimi rayonlarda isə düşmə 10 faiz qeydə alınıb.
 

Ekspert Ramil Osmanlı isə hesab edir ki, qiymətlərin düşməsi müvəqqəti xarakter daşıyır. Çünki həm tələbələrin şəhərə qayıtmaları, həm də şəhərsalma planları ilə əlaqədar olaraq yaxın vaxtlarda qiymətlər yenidən artacaq.
 


фото