Azərbaycanda bank filialına silahlı basqın: yaralanan var - YENİLƏNİB - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

---------
09:54

Dünən gecə "Kapital Bank" ASC-nin Abşeron filialına edilən silahlı basqınla bağlı yeni faktlar ortaya çıxıb.

AzNews.az xəbər verir ki, qarət məqsədilə banka daxil olaraq bir neçə silahlı şəxs mühafizəçi Əsədov Vüqar Vahid oğluna bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb.

Bıçaq və güllə yarası almış mühafizəçi Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.

Qeyd edilir ki, qatillər xəzinədən heç nə götürməyiblər.

Xatırladaq ki, cinayəti törədən şəxslərdən biri qaçarkən tutulub. Onun "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bəlli olub.

---------
07:15

"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib.
 

Məlumata görə, şübhəli şəxslər məqsədinə çatmayıb və xəzinədən heç nə götürməyərək ərazindən uzaqlaşıblar.

Məlumata görə, cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir.
 

Qeyd edək ki, silahlı basqında bir neçə nəfərin iştirak etdiyi bildirilir.
 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.

Böyütmək üçün şəkillərə klikləyin: