Qardaşı əməkdar artistin qucağında öldü

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist, tanınmış xanəndə Cabir Abdullayev həyatında yaşanan ən dəhşətli faciədən danışıb.

Sənətçi Qarabağ müharibəsində şəhid olan qardaşının son nəfəsini məhz onun qucağında verdiyini deyərək göz yaşlarına boğulub.

Can verən qardaşının yanında olan Cabir Abdullayev oğlunun doğum sevincini belə yaşaya bilməyib. Onun sözlərinə görə, həmin ərəfədə dünyaya gələn övladının üzünü düz 12 gün görməyib.

Publika.az xəbər verir ki, sənətçi bütün bunları Space" televiziyasının efirində yayımlanan "Gör, kim gəldi" verilişində danışıb.